Zeytun Pərvərdə

Zeytun Pərvərdə

ZEYTUN PƏRVƏRDƏ

Qeyd: ərzaqların miqdarını zövqünüzə görə azaldıb-çoxalda bilərsiniz!

1 stəkan qoz ləpəsi
4 stəkan dənəsiz yaşıl zeytun – yumru-yumru doğrayın
1 ədəd kiçik baş soğan – xırda-xırda doğrayın
1 stəkan nar dənəsi (əgər narın sezonu deyilsə axta albalı ilə əvəz edə bilərsiniz)
2 xörək qaşığı sirkə
2 xörək qaşığı narşərab
3 xörək qaşığı zeytun yağı

Qoz ləpəsini bıçaqla əzərək, iri-iri doğrayın (çox da iri olmasın, amma diri qalsın, bir az da yağı çıxsın). Geri qalan ərzaqları əlavə edib, qarışdırın. Bankaya yığıb soyuducuya qoyun. İstədiyiniz vaxt çıxardıb süfrəyə verin.

azcookbook.az