Şokolad haqqında bilmədiyiniz 14 maraqlı fakt

Şokolad haqqında bilmədiyiniz 14 maraqlı fakt

Bu yazımızda dünyanın ən gözəl şirniyyatını daha yaxından tanıyacağıq.

Şokolad antioksidantdır
Kakao barədə aparılan araşdırmalar göstərir ki, kakaosu çox olan tünd şokolad güclü antioksidant deposudur və ürək çatışmazlığı ilə mübarizə apara bilir.

Enerji
Kiçik şokolad parçası sayəsində 45 metr gəzə biləcək enerjiyə sahib olursunuz.

Xoşbəxtlik
Şokoladın insana yaşatdığı xoşbəxtlik hissi heç də nağıl deyil. Kakaonun tərkibindəki bioaktiv qida komponentləri və maqnezium, orqanizmdə seratonin adlanan xoşbəxtlik hormonunun ifraz olunmasına təkan verir. Buna əsaslanaraq deyə bilərik ki, şokolad həm də təbii anti-depresantdır.

İstehlak
Sadəcə Amerikada istehlak edilən şokoladın miqdarı ildə 1.3 milyon tondan ibarətdir.

Dad lifləri
Şokoladı kimyəvi cəhətdən analiz etsək, içində 600-dən çox dad və ətir komponentlərinin olduğunu görərik. Bu rəqəm qırmızı şərabda sadəcə 200 komponent təşkil edir.

Suiqəsd vasitəsi
II Dünya müharibəsindən sonra aşkar edilən məktubda yazılırdı: “Nasistlər Vinston Çörçili içində bomba yerləşdirilən şokoladla öldürmək istəyirdilər”.

IV  növ
Bazarda çox qarşılaşmasaq da, şokoladın ağ, qara və qəhvəyi rənglərindəki növlərindən başqa sarı rəngdə olan IV növü də var.

Piylənmə və diyabet 
Araşdırmalar göstərir ki, tünd kakaonun tərkibindəki bəzi maddələr piylənmə və II tip diyabetin qarşısını alır.

Yaşlanmanı gecikdirir
İngilis firması “Likotek”in istehsal etdiyi “Estekok” adlı şokoladın yaşlandırmanı gecikdirdiyi iddia edilir.

Ömrü uzadır
Harvard Universitetində 8 min kişinin iştirakı ilə aparılan tədqiqatlar şokoladın ömrü uzatdığını sübut edib. İçindəki antioksidantlar vasitəsilə şokolad sevənlərin ömrü ən az 1 il uzanır.


Diş çürüməsi 

Bəlkə də inanmayacaqsınız, amma araşdırmalar sübut edir ki, kakaoda olan bir maddə düş çürüməsinin qarşısını ala bilir və diş minasını zədələnmədən qoruyur.

Beyni aktivləşdirir

MRT-dən öncə kakaolu içki içən insanın beyni əvvəlkinə nəzərən daha aktiv şəkildə çalışmağa başlayıb.

İlk boykot 
1947-ci ildə kanadalı uşaqlar şokoladın qiymətlərindəki artımı boykot ediblər və bu tarixdəki ilk şokolad boykotu olub.

Hamiləlik
Aparılan araşdırmalar göstərir ki, şokoladın tərkibindəki “theobromine” adlı komponent hamilə qadınların hamiləlik zəhərlənməsinin qarşısını ala bilir.