Sevgi, fədakarlıq və göz yaşı: “Səndən öncə mən” haqqında bilinməyənlər

Sevgi, fədakarlıq və göz yaşı: “Səndən öncə mən” haqqında bilinməyənlər

Bəs Jojo Moyes kimdi? Kitabları niyə bu qədər sevilir? Bütün bu sualların cavabını bu yazıdan tapa bilərsiniz

Jojo Moyes 4 avqust 1969-cu ildə Londonda doğulub

Jojo Moyes kimdir?

Tam adı Pauline Sara Jo Moyes olan ingilis yazar təhsilini London universitetində başa vurub. İxtisası jurnalist olan Jojo Moyes “The Daily Telegraph” qəzetində fəaliyyət göstərdiyi vaxt, ilk romanı “Yağışdan qaçarkən”i qələmə alıb. Daha sonra sadəcə yazar olaraq fəaliyyətini davam etdirən Moyes sadəcə ölkəsində deyil bütün dünyada məhşur olub, bir neçə dilə tərcümə edilən kitabları qələmə almağa başlayıb.

8 milyon nüsxə satılan “Səndən öncə mən” kitabı yazara 2 dəfə “İlin ən romantik yazarı” mükafatını qazandırıb, həmçinin İngiltərədə  təşkil edilən “Galaktika kitab mükafatları” mərasimində “İlin ən yaxşı kitabı” nominasiyasına namizəd olub.

Yazar evlidir və 3 uşaq anasıdır.

Onu hərkəs bəyənirmi?
Əksər insanlar yazarın kitablarını öyrəşilmiş mövzular olaraq dəyərləndirsə də, səhifələrinin çoxluuna baxmayaraq kitabı bir nəfəsə oxuyub bitirmək mümkündür. Mövzuları nə qədər romantik olsa da, realist hekayələri sevənlərin də diqqətini cəlb edə bilir.


“Səndən öncə mən” filmi

4 il sonra səhnədə: “Səndən öncə mən”
2012-ci ildə qələmə alınan “Səndən öncə mən” kitabı 4 il sonra kinoteatrlarda özünü göstərməyə başladı. Filmin baş rollarında “Taxt oyunları” serialının Khaleesi olaraq tanınan Emili Klark və Sam Klaflinni görürük. Bəs, bu romanın hekayəsi nədən ibarətdir?

Qəhrəmanımız Vill Traynor bir qəza nəticəsində yatağa məhkum və həyatın bütün gözəlliklərindən məhrum olur. Lakin bu son deyil. Onun yolu Luiza ilə kəsişir və hadisələr bundan sonra daha başqa xarakter almağa başlayır.

Qeyd edək ki, “Səndən öncə mən” kitabının davamı olaraq “Səndən sonra mən” yazılıb.

Azca dram, azca komediya
Hekayəni sadəcə dram janrına aid etmək düzgün deyil. Hekayə bizi o qədər güldürür ki, bəzən romantik komediya janrında bir filmə baxdığımızı zənn edə bilərik.


Səndən öncə mən kitabı

Bir hekayə bir neçə insanın dilindən
Dünya ədəbiyyatında rast gəldiyimiz bir stildir. Bu hekayəni həm Luizadan, həm Villin ailəsindən həm də onun baxıcısı Nathadan dinləyəcəksiz.

Hər gözəlin bir eybi var
Bir sıra tənqidə məruz qalsa da film 59 milyon dollar gəlir gətirib. Kinonun bəzi səhnələri “Can dostum” filmini xatırlatsa da izləyicilərə təsir etməyi bacarıb.

Bəs fiziki məhdudiyyəti olanlar?

“Səndən sonra mən”

Film mövzusuna görə, fiziki məhdudiyyətli insanların da daxili aləmindən danışır. Onların gündəlik həyatda qarşılaşdıqları çətinlikləri, çəkdiyi əzabları Villin sayəsində az da olsa öyrənə bilirik.

Moyesin öz imzasını daşıyan başqa kitabları da var
Jojo Moyesin “Parisdə balayı”, “Geridə qoyduğun qadın”, “1+1” kimi başqa kitabları da var. Lakin bu kitablar “Səndən öncə mən” və “Səndən sonra mən” kitabları kimi çox səs gətirmədi.