Romantik sevgi romanları sevənlər üçün 5 kitab nümunə

Romantik sevgi romanları sevənlər üçün 5 kitab nümunə

Bu yazımızda sizə həm ürəyinizə toxunacaq, həm də oxuduqdan sonra bir dost qazanmış kimi hiss etdirəcək kitabları qeyd etdik. Gəlin onlarla tanış olaq.

Seselia Ahern – “Xatirələr üçün təşəkkürlər”
Bu, qanköçürmə əməliyyatından sonra aralarında fövqəladə əlaqə yaranan iki yad adamın əhvalatıdır. Coys Konvey doğma Paris küçələrini xatırlayır… Halbuki o, heç vaxt Parisdə olmayıb! O, hər gecə yuxusunda sarı, uzun saçları olan balaca qız görür. Ancaq bu qızı da tanımır. Yoxsa tanıyır? Bu xəyallar hardan gəlir? Birlikdə gerçəkliyə qovuşacağı yeganə insanı necə tapsın? Qanını anonim köçürmə üçün verən Castin Hiçkok isə bir gün üstündə təşəkkür olan hədiyyə səbəti alır… Xatirələr üçün təşəkkürlər….

Qeyd edək ki, “Xatirələr üçün təşəkkürlər” romanı prestjli “Romantik şedevr-2009” mükafatının qısa siyahısına düşüb.

Jojo Moyes – “Səndən Öncə Mən”

Onların ortaq heç nəyi yoxdur.

Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir. Uill hər zaman dəbdəbəli həyat yaşayıb. Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində keçib – indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə əmindir…

“Səndən öncə mən” “Sevdiyiniz insanı onun sizin qəlbinizi qırdığını bilə-bilə necə xöşbəxt etməli?” sualına cavab verən romantik romandır.

Büşra Yılmaz – “4N1K”
Eşq üçün ediləcəklər siyahısına sadiq qalan Yarpaq, dostlarını bir araya gətirməkdə çətinlik çəkən Əli, həmişə ortalığı qarışdıran Oğuz, nifrət, əsəb, qısqanclıq problemlərini nəzarət altına almaq üçün psixoloqa gedən Gökhan və həyatının qadınını tapmaq üçün sirli bir internet obrazı yaradan Sinan…

Bütün bu qarışıqlıq içində səssizcə Yarpağın həyatına girən Barış…

Və daha önəmlisi: Yarpaq keçmişdən gələn böyük sirri aça biləcəkmi?

Sarah Jio – “Böyürtkənli qış”
Roman elə ilk sətirlərdən oxucunu özünə cəlb edir. 1933-cü ilin may ayında Sietldə oğlunu tək böyüdən ana yatmamışdan əvvəl onu öpür və gecə növbəsinə işə gedir. Səhər isə şəhərə qar yağır, Vera işdən çıxıb evə gəlir və oğlunun yoxa çıxdığını görür. Aradan az qala 80 il keçəndən sonra yenidən may ayında Sietlə qar yağır və redaksiyadan qar tufanı haqda yazmaq tapşırığı alan Kler Oldricin apardığı təhqiqatlar tükürpərdən, dəhşətli hadisələrə işıq salır…

Judith McNaught – “Sənsizlik”
Lord Berlton Amerikadan Londona gələn nişanlısını gözləyərək toya hazırlaşır. Lakin qızın gəlməsindən bir neçə gün əvvəl sərxoş halda kareta altında qalaraq ölür. Lordun yaxın qohumları olmadığından, karetanı idarə edən qraf Stiven Uestmorlend mərhumun nişanlısını qarşılamaq və faciədən onu xəbərdar etmək qərarına gəlir. Lakin limanda ikinci bədbəxtlik baş verir, qraf Stiven körpüdə qadına yanaşmağa macal tapmamış, krandan qırılıb düşən yük qadını zədələyir…