Ən çox istifadə edilən sosial şəbəkələr

Ən çox istifadə edilən sosial şəbəkələr

Bir neçə il əvvəl kimsə sosial şəbəkələrin həyatımıza bu dərəcədə daxil olacağını desəydi inanmazdıq. Amma bu gün insanların əksəriyyəti sosial şəbəkələrin istifadəçisidir, hətta bəzi insanlarda bağımlılıq halına da gəlmişdir. İnsanlar, getdikləri yerlər, özlərinin şəkilləri, müxtəlif uğurları haqqında məlumat verir, öz biznes ideyalarını gerçəkləşdirirlər. Bir sözlə, günümüzü sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyildir. Aşağıda ən çox istifadə olunan sosial şəbəkələr və onlar haqqında bəzi məlumatlar verəcəm.

Facebook – dövrümüzün ən çox istifadə olunan və dünyada ən çox istifadəçi sayı olan sosial şəbəkədir.

2004- cü ildə Mark Elliot Zuckerberg tərfindən yaradılmışdır. Internet ictimai şəbəkə sistemi olan Facebookun qurucusu və başçısıdır. 2004-cü ildə Harvard Universitetində şagirdlik zamanında Mark Zuckerberg tərəfindən icra edilən müvəffəqiyyətli bir internet proyekti olan Facebook bu an 2 milyarddan çox istifadəçiyə malikdir.

Facebook, insanların yoldaşlarıyla ünsiyyət qurması və məlumat almaq məqsədi ilə yaradılan bir ictimai veb saytıdır. Günümüzdə insanlar facebookdan yeni yoldaşlıq və iş əlaqələri qurmaq, müxtəlif biznes ideyalarının həyata keçirmək, müxtəlif növ xəbərlərdən anında, zaman itirmədən və əlavə əziyyət çəkmədən xəbərdar olmaq v.s bu kimi məqsədlər üçün istifadə edirlər. Məlumat üçün qeyd edim ki, son dövrlərdə facebook vasitəsilə tanış olub, ailə həyatı quranlar da az deyil.

WhatsApp — Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə əsası qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Santa-Klara, Kaliforniya ştatında yerləşir.

19 fevral 2014-ci il tarixində Facebook tərəfindən 19 milyard dollara satın alınıb.

Twitter — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən saytdır. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər.

Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytən siyahısına daxil olmuş və “İnternetin SMS-i” kimi tanınmışdır.

İnstagram — şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə. 2010-cu ilin oktyabr ayında yaradılmışdır.

Insanlar tərəfindən daha çox öz şəkillərini followerleri ilə paylaşmaq imkanı verən instagram, eyni zamanda onlara öz xırda bizneslərini də qurmağa və idarə etməyə imkan verir.

LINKEDIN – “LinkedIn” sosial şəbəkəsinin əsasını 2002-ci ilin dekabrında Rid Hofman qoyub, 2003-cü ilin mayında istifadəyə verib.

“LinkedIn” qeydiyyatdan keçən istifadəçilərə işgüzar əlaqələrin siyahısını yaratmağa və dəstəkləməyə imkan verir. LinkedIn həmçinin işgüzar səfərlər, konfranslar və oxunmuş kitablar haqqında informasiyanı dərc etməyə imkan verir.

Skype — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır.

Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər. Amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar.

Whatsapp-ın öz istifadəçilərinə səsli və gürüntülü danışıq v.s geniş imkanlar təklif etməsiylə digər sosial şəbəkələr kimi Skype-ın da istifaədəçiləri azalmışdır.

Vkontakte (VK –“əlaqədə”) — Saytın müəllifi və administratoru Rusiya proqramçısı Pavel Durovdur. Hal-hazırda Vkontakte.Ru-nun istifadəçilərinin sayı 91 milyondan artıqdır.

Qeydiyyat pulsuzdur, hər kəs orada qeydiyyatdan keçə bilər. Sayt dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.

Odnoklassniki — Rusdilli internetin ən populyar sosial şəbəkələrindən biridir. Odnoklassniki sözünün Azərbaycan dilində mənası “sinif yoldaşları”dır. Bu sayt Albert Popkov tərəfindən 4 mart 2006-cı ildə Rusiyada yaradılıb.

Alex statistikalarına görə bu sayt dünyanın ən çox ziyarət edilən 67-ci, Rusiyanın isə 7-ci saytıdır.

Viber – ağıllı telefonlar və digər əlaqə vasitələri tərifindən 3G və ya Wi-Fi şəbəkəsi üzərindən mesajlaşma və səsli görüşmə imkanı təqdim edən əlaqə vasitəsidir. Mesajdan əlavə olaraq istifadəçilərə bir – birlərinə şəkil, görüntülü və səsli mesajlar da göndərməsinə şərait yaradır.

Viber ilk olaraq 2 dekabr 2010- cu il tarixdə Skype-a rəqib olaraq, bir iPhone tətbiqi olaraq sosial şəbəkələr bazarına təqdim edildi. Sosial vasitənin Android versiyası isə 19 iyul 2012 ci il tarixində mediaya təqdim edildi. BlackBeryy və Vindovs Phone cihazlar üçün verisyası isə 8 may 2012 ci ildən istifadəyə verilmişdir.

YouTube — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuşdur.

Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim tərəfindən 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir.

YouTube 9 oktyabr 2006 cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır.
Yahoo – Yahoo şirkətinin əsası 1994-cü ildə Stenford Universitetinin aspirantları Devid Faylo (David Filo) və Cerri Yanq (Jerry Yang) tərəfindən qoyulub. Baş ofisi ABŞ-da, Kaliforniya ştatının Sanniveyl (Sunnyvale) şəhərində yerləşir.

Ceri Yanq və Deyvid Filo portal yaradanda ona ad tapmaqda çətinlik çəkirdilər. Onlara müxtəlif adlar təklif olunurdu. Lakin, Ceri və Deyvid Yahoo adını seçdilər. Yahoo adını 18-ci əsrdə ingilis yazıçısı olan “Conathan Svift”in (Jonathan Swift) klassik əsəri “Quliverin macəraları” kitabını oxuduqdan sonra portala Yahoo adını qoydular. “Quliverin macəraları” kitabında demək olar ki, tez-tez yahoo ifadəsi işlədilirdi. Yahoo “kobud, inkişaf etməmiş insan” mənasını verir.