Körpənin inkişafına mənfi təsir edən qidalar
Körpənin inkişafına mənfi təsir edən qidalar

Körpənin inkişafına mənfi təsir edən qidalar

Amerika alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, hamiləlik zamanı yağlı qidaların həddindən artıq istehlakı gələcək uşağın beyninə və endokrin sisteminə ciddi ziyan vurur.

Nəticədə uşaqda bəzi sinir-psixiki pozulmaların riski artır.

Global Look Press xəbər verir ki, alimlər meymunlar üzərində eksperiment aparıblar. Hamilə meymunlar 2 qrupa ayrılıb. Onların bir qrupu hamiləlik boyu çox yağlı, digər qrupu sağlam qida alırdı. Birinci qrupunda olan meymunların balaları 2-ci qrupla müqayisədə daha əsəbi və narahat olub, onların iştaha, yuxu və yaddaşla problemləri müşahidə olunurdu.