Kitab oxumaq bizə nə verir?

Kitab oxumaq bizə nə verir?

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bədii ədəbiyyat mənəvi kimliyimizdir” layihəsinin ikinci təlimi baş tutub. Azadinform xəbər verir ki, layihənin əsas məqsədi son dövrlər texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlı olaraq kitablara azalmış marağın yenidən artrılmasıdır. Layihə bu istiqamətdə maarifləndirmə işi aparır.

Treninqdə 30-dan çox məktəbli iştirak edib.

Təlimçi Rəfail Əliyev təlimi maksimal dərəcədə interaktiv şəkildə aparmağa çalışıb və təlim qarşılıqlı diskussiya şəklində keçirilib.

Təlim zamanı kitabların  bizə, bizim həyatımıza qatdığı dəyərlər, üstünlüklər barədə müzakirə aparılıb. Təlim boyunca kitab oxumağın bizim beynimizdə yaratdığı müsbət  bioloji  dəyişiklər, düşünmə qabiliyyətimizi yüksəltməsi, mütaliə etməyin söz ehtiyyatımıza zənginlik qazandırması və bunun nəticəsində də öz nitqimizi təkmilləşdirməyi, fikrimizi daha dolğun və səlis ifadə etmək və digər faydalı tərəfləri barədə gənclər maarifləndirilib. 

Təlim müddətində  gəncləri maraqlandıran suallar cavablandırılıb, treninq iştirakçılarına tədbir ilə bağlı müxtəlif bukletlər və hədiyyələr paylanıb. 

Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.