HƏMKARA DƏSTƏK  -  MƏQALƏ

HƏMKARA DƏSTƏK - MƏQALƏ

Məzmun standartının quruluşu

 

Məzmun standartı = bilik + fəaliyyət

 

Birinci komponent şagirdin öyrənəcəyi biliyi, ikinci komponent isə şagirdin nümayiş etdirdirəcəyi fəaliyyəti əhatə edir.

 

                              Biliklər və fəaliyyətlər

 

Üç cür biliklər vardır: deklarativ, prosedural, kontekstual

 

Deklarativ bilik – Müəyyən fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların sırasına artıq mövcud olan mühüm anlayışlar  və faktlar, terminologiya və təriflər,  hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar daxildir

 

Prosedural bilik – prosesi ehtiva edir. Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər. Bu zaman uşağın fəaliyyəti və yara¬dıcılığı öndə dayanır. Prosedural bilik hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir.

 

Kontekstual / konseptual bilik – sadəcə prosedural və ya deklarativ biliyin əsasında qurulan biliyin yeni məzmununu təşkil edir. Konseptual bilik problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən bilik sahəsində münasib faktları ümumiləşdirən və əlaqələndirən şəxsin yaratdığı yeni konsepsiyalar, ümumiləş¬dir¬mələr, nəzəriyyələr, təsnifatlar, prinsiplər, modellər, strukturlar daxildir.

 

Məzmun standartının əsasında müxtəlif fəaliyyət növləri dayanır. İdraki (koqnitiv), emosional-affektiv (ünsiyyət) psixomotor  olmaqla onlar 3 cür qruplaşdırılır. Hər bir fəaliyyət növü özünə xac olan fellərlə ifadə olunur.

 

 

 İdraki (koqnitiv) tanımaq, izah etmək, nümunə  

                               göstərmək, istifadə  etmək,

                               təhlil etmək, müqayisə etmək,   

                               dəyərləndirmək və s. 

 

1.Emosional-affektiv (ünsiyyət) izah etmək, təsvir etmək,    

                                  şərh etmək,  reaksiya vermək, təqdim          

                                  etmək və s.

 

2.Psixomotor          rəqs etmək, qaçmaq, yarmaq, rəsm 

                                  çəkmək,  quraşdırmaq və s. 

 

HƏMKARA DƏSTƏK I kitabından