Elmi araşdırmalar üçün superkompüter hazırlanır

Elmi araşdırmalar üçün superkompüter hazırlanır

İlin sonunadək inşa edilməsi planlaşdırılan “SuperMUC-NG” adlı yeni superkompüter Leybnis Superkompüter Mərkəzini astrofizika, hidrodinamika, biologiya, tibb və digər bu kimi elm sahələrində aparılan tədqiqatlar zamanı dəstəkləyəcək. Sistem əlçatan, təhlükəsiz və enerji cəhətdən səmərəli xidmətlər göstərilməsini təmin edəcək.

“SuperMUC-NG” 26,7 petaflops hesablama gücünə malik olacaq. Superkompüter alimlərə böyükhəcmli məlumatları virtuallaşdırmağa, emal etməyə və nəticəni həmkarları ilə paylaşmağa imkan verəcək.