Dünyanın ən yaxşı şərabı seçildi

Dünyanın ən yaxşı şərabı seçildi

Trend bildirir ki, Belçikanın Eno vilayətində istehsal olunan "Chant d'Eole" şərabı bu yüksək ada layiq görülüb. Şərab müsabiqəsi isə Brüsseldə keçirilib.

Münsiflər bu şərabı dadarkən o qədər heyran olublar ki, bir daha sınaqdan keçiriblər.

Qeyd edək ki, bu müsabiqə artıq 26-cı dəfədir keçirilir.

"Chant d'Eole" şərab istehsalçısının üzümlükləri 15 hektar ərazidə yerləşir və müəssisə olaraq 2011-ci ildə yaradılıb.