Dedektiv janrını sevənlər üçün 5 kitab məsləhəti

Dedektiv janrını sevənlər üçün 5 kitab məsləhəti

Dedektiv janrında kitab oxumağı sevirsiniz?
Onda sizi bu yazımızı oxumağa dəvət edirik. Sizin üçün seçdiyimiz bu 5 kitabı oxusanız heç peşman olmazsınız. Başlayaq:

Paula Hawkins – Qatardakı qiz

Reyçel hər gün eyni şəhərkənarı qatara minir. Bilir ki, qatar eyni siqnalı verib dayanacaq, sonra evlərin arxasındakı bağları arxada qoyub gedəcək. Ona hətta elə gəlirdi ki, bu evlərin birində yaşayan adamları elə bil tanıyır. O bu adamlara “Cess və Ceyson” deyirdi. Ona elə gəlirdi ki, onların həyatı parlaqdır. Kaş Reyçel də onlar kimi xoşbəxt ola bilərdi… Sonra o qəribə bir şey görür. Qatar tərpənən anda, bir anlıq da olsa… amma elə bu da bəs edir. Indi hər şey dəyişib.  Reyçel görür ki, bu ana qədər yalnız uzaqdan müşahıdə etdiyi həyatın bir parçası olmaq imkanı var. Onlar görər ki, o, qatarda gedən adi bir qız deyil…


Jo Nesbo – Qisas ilahəsi

Bank kassirini güllələyən adam CCTV-də (nəzarət videomüşahidə sistemi) qeydə alınıb. Harri istintaqa başlayır, lakin köhnə tanışı olan qızla axşam yeməyindən sonra, ən azı son 12 saatı xatırlaya bilməyəcək vəziyyətdə yuxudan oyanır. Sonra qız yatağında ölü olaraq tapılır. Harri hədələyici e-maillər almağa başlayır: doğurdanmı kimsə onu qızın ölümü ilə hədələməyə çalışır?

Dan Brown – Da Vinci şifrəsi

…… Leonardo da Vinçinin işlərində gizli şifrələr var…..
Yanlız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər…..
Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı……
Müəllif “Da Vinçi şifrəsi ” romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş qəhrəmanı, din tarixi və ikonoqrafiya üzrə Harvard universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxucularına çatdırır. Roman Luvr müzeyində qoca mühafisəçinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır.


Aqata Kristi – Ölümlə görüş

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir. Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.

Paul Auster – Nyu York trilogiyası

Çağdaş Amerika ədəbiyyatının ən nəzərə çarpan yazıçılarından biri olan Paul Austerin “Nyu York Trilogiyası” “Ölümdən əvvəl oxunmalı 1001 əsər” siyahısındakı əsərlərdəndir. Bu kitab – “Şüşə Şəhər”, “Qarabasmalar” və “Qıfıllı Otaq” romanlarından ibarətdir. Dedektiv romanla postmodern strukturun sintezindən ibarət olan və Kafka yaradıcılığına uyğun bir üslubla yazılmış üç romanda yazıçı öz oxucusunu qıfıllı otaqlarda, keçmişdə və gələcəkdə, təhlükəli küçələrdə, xaotik və qarışıq xarakterə bürüdüyü qəhrəmanının arxasınca gəzdirdiyi ərəfədə, romanın hər səhifəsinə səpələdiyi kiçik işarələrə məna verməyi oxucunun öhdəsinə buraxır. O, qəhrəmanlarını həqiqi və ya xəyali qıfıllanmış otaqlara salır, azadlığı ancaq oradan qaçıb xilas olaraq əldə edə biləcəkləri bir dünya qurur, xilas üçün açarlar da verir. “Nyu York Trilogiyası” adi oxucu üçün sadəcə qıfıllı bir otaq və ya güzgülərlə doldurulmuş dəhlizdir, peşəkar oxucu üçün isə bu trilogiya, dünyanı tamamilə başqa prizmadan gözlərimizin qabağında nümayiş etdirərək ruhumuzdakı yaraları göstərən bir ümmandır.