Atalar sözləri, 2-ci hissə

Atalar sözləri, 2-ci hissə


Bildiyini bilənin arxasınca gedin,
Bildiyini bilməyəni oyandırın,
Bilmədiyini bilənə öyrədin,
Bilmədiyini bilməyəndən qaçın.

Bilik
Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır.
Bilik
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.
1
Bilik
Hafizə iki cür olur: hadisələrin ayrı-ayrılıqda yadda saxlanması və ancaq qaydaların, ümumi prinsiplərin yadda saxlanması. İkinci olanda birinciyə ehtiyac qalmır.
Bilik
Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir.
1
Bilik
Hər dəfə biz hadisələrə təkcə başqa tərəfdən yox, həm də başqa gözlə baxırıq – buna görə də bizə elə gəlir ki, onlar dəyişiblər.
Bilik
Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi, çox biliyi olan, lakin onu düzgün yönəldə bilməyənlər də var.
Bilik
Səth xarici mühitlə təmasda cilalanır, işıqlanır; iç qat içəridə – qaranlıqda qalır, ta-a o vaxta qədər ki, güclü bir şüa səthdən keçib dərin qatlara nüfuz etsin.
Bilik
İnsanların ən çox inandıqlarışeylər ən az anladıqlarıdır.
Bilik
Bilik ancaq o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir.
Bilik
Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər.
Bilik
Ağıl-kamal verdi sənə yaradan,
Çalışıb hər sirri öyrən hər zaman.
Bilik
Formal məntiq fəlsəfi daltonizmdir.
Bilik
Bütün dünya bədəndir; bilik candır.
Bilik
“Əsli-nəcabəti” bəlli olmayan yeni biliyi heç bir nüfuzlu elmi təlim öz ailəsinə qəbul etmək istəmir.
Bilik
Hər şeyi bilmək istəyi adamı bütün sahələrdə yarımçıq edər.
Bilik
Mən-ə gedən yolu göstər,
Mən-dən gedən yolu özüm seçərəm.
Bilik
Bilik gücdür.
Bilik
İdrak – dünyanın mübhəmlərini əqlin işığında görmək cəhdidir.
Bilik
Qabınız kiçikdirsə, dəryanı günahlandırmağa haqqınız yoxdur.
Bilik
Biliyin “iç üzü” biliklər sisteminə daxil olanda məlum olur.
Bilik
Bilik məqsəd deyil, alətdir.
Bilik
Çox şey öyrənə bilməyin sirri – əvvəlcə az şey öyrənməkdən başlamaqdır.
Bilik
Lazım olanı bilmək çox bilməkdən daha vacibdir.
Bilik
İnsanın biliyi artdıqca, narahatlığı da artır.
Bilik
Bütün insanların mənşəyi eynidir; onları ancaq bilik fərqləndirir.
Bilik
Nə haqda isə heç nə bilməmək qəbahət deyil, pis mənimsənilmiş bilik daha pisdir.
Bilik
Bir şeyi dərk etmək – sadəcə onun özünü deyil, həm də bu şeydə təcəlli edən Mütləqi görməkdir.
Bilik
Sual da, cavab da bilikdən doğulur.
Bilik
Qoy kül olum yana-yana...
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!
Bilik
Əgər biliklər qaydaya salınmayıbsa, nə qədər çox bilsən, təfəkkür o qədər zəif olacaqdır.
Bilik
Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx.
Bilik
Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır.
Bilik
Tamı mənimsəmək heç də o demək deyil ki, hissəni də mənimsəmişik.
Bilik
Sonlu olan heç vaxt sonsuz olanı qavraya bilməyəcəkdir.
Bilik
O şey ki, bizlərə lap aşikardır
Orda gizli bir xəzinə vardır.
Bilik
Dünyada məqamı bilməyən bir kəs
Pərdəli yolları düz gedə bilməz.
Bilik
Cahil insan; bilməyən insan deyildir. Bilmək istəməyəndir! Bilmədiyi ilə mutlu olandır!
Bilik
Cahillik
Mən yalnız onu bilirəm ki, heç nə bilmirəm.
Bilik
Bildiyini bilənin arxasından gedin,
Bildiyini bilməyəni xəbərdar edin,
Bilmədiyini bilənə öyrədin,
Bilmədiyini bilməyəndən qaçın.
Bilik
Əvvəlcə susmağı öyrənin, sonra təvazökarlığı, daha sonra biliyinizə görə hərəkət etməyi və ancaq sonra o biliyi yayın.
Bilik
Əməl-Niyyət
Görüşdüyüm hər şəxs məndən bir cəhətdən üstün olub, mən də onu ondan öyrənmişəm.
Bilik
At yeriməklə, insan bilməklə
Bilik
Nə qədər bilirsən bil;
Dediklərin qarşısındakının anlaya bildiyi qədərdir.
Bilik
Mən yalnız onu bilirəm ki, heç nə bilmirəm.
Bilik
Sümüyün iliyi,
Kişinin biliyi.