Atalar sözləri, 1-ci hissə

Atalar sözləri, 1-ci hissə


Qələm əyri yonulsa da düz yazar.


Bilmədiyini biləndən sor.


Bacarıq ağılın nişanəsidir.


Savadsız adam kor kimidir.


Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz.


İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.


Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz.


Ağıl ağıldan üstündür


Baxmaqla öyrənmək olsa, it də qəssab olar.

Elmin gücü, Yıxar bürcü.

Qafil yaşamaqdan ölmək yaxşıdır.


Ağıllı qəm yeyər, ağılsız qamçı.


Qələmin ucu, qılıncın gücü.


Göz görmək üçün, ağıl bilmək üçün.


Qələm yazanı qılınc poza bilməz.


Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.


ABDULLA ŞAİQElmBilik

Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.


Ağıllı baş hər şeydən mənfəət götürər.


Nursuz göz kimidir elmsiz ürək,
Nadan insanlıqdan uzaqdır gerçək.
ƏVHƏDİ MARAĞAYİİnsan qüsurlarıElmBilik

Ağıllı fikir edincə, dəli Kürdən keçər.


Bilməmək eyib deyil, soruşmamaq eyibdir.


Həcdən gələn mən, Məkkədən xəbər verən sən?


Məkkəyə gedən dəvə hacı olmaz.


Ağıl yaşda olmaz, başda olar.


Ədəb bazarda satılmaz...


Qələm qılıncdan itidir.


Hər oxuyan Molla Pənah olmaz.


Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram".
Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".


Kişi bir sənəti bilər xalis,
Çoxuna meyl edən qalar naqis.
SEYİD ƏZİMİşƏməkBilik

Abdaldan paşa olmaz, taxtadan - maşa.


Elm ağılın çırağıdır.


Ağac bar verəndə başın aşağı dikər.


Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.


Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
SƏDİ ŞİRAZİElmAğılBilik

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət.
2

NİZAMİ GƏNCƏVİElmBilik

İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
M. T. SİDQİElmBilik

Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan.


NİZAMİ GƏNCƏVİİşBilikElm

Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.
MİRZƏ ŞƏFİ VAZEHElmBilikAğıl

Sən ancaq öyrənməklə ucalarsan.
ƏVHƏDİ MARAĞAYİElmBilikAğıl

Kitab bilik mənbəyidir.


Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər
2

NƏSİRƏDDİN TUSİBilikDin

Məni onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir.


HACI ZEYNALABDİN TAĞIYEVBilik

Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, ağıl gücünə qazanılmışdır.
LEV TOLSTOYBilik

Bütün hissələri mənimsəyib bütövdən xəbərsiz qalmaq mümkündür.
ƏBU TURXANBilik

Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim.
KONFUTSİBilik

Yeməyi bölüşəndə azalır, biliyi bölüşəndə – artır.
ƏBU TURXANBilik

Çox şeyi bilmək ağıl öyrətmir.
HERAKLİTBilik

Əsl bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir.


KONFUTSİBilik

Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur.
ONORE DE BALZAKBilikƏmək

Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır.
ONORE DE BALZAKBilikZəhmət

Bilmədiklərimi onsuz da bilmirəm, bildiklərimə də şübhə ilə yanaşıram.
SEKST EMPİRİKBilik

İnsanın zülmət gecədə gizlicə gördüyü bir iş gün işığında onu ələ verir.
CÜBRANBilik

Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir.
SOKRATBilik

Bilik alimlərin ümumi sərvətidir.
İBN XƏLDUNBilik

Məntiq ancaq strukturu açır, daxili məzmuna tətbiq oluna bilmir.
ƏBU TURXANBilik

Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir.
CƏLALƏDDİN RUMİBilik

Bilik iradənin quludur.
ƏBU TURXANBilik

Yarımçıq bilinən hər nə ki var, bilgiyə əngəl olur.
İOHANN VOLFQANQ GÖTEBilik

Kim ki bilir, axtarmasına ehtiyac yoxdur, çünki o artıq bilir.
Amma kim ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtardığını bilmir.
SOKRATBilik

Biz işığı görmürük, işıq qaranlığın bətnindəkiləri görməkdə bizə yardımçı olur.
ƏBU TURXANBilik

Bir neçə prinsipi bilmək yüzlərlə faktı bilməməyi əvəz edə bilir.
HELVETSİBilik

Adamlar öz ixtisaslarına aid mövzuda ehtiyatla danışır. Bilmədikləri mövzularda isə daha ürəkli olurlar və onlara elə gəlir ki, bu – fəlsəfədir.
ƏBU TURXANBilik

Fəlsəfi diskussiyada daha çox qazanan məğlub olandır, çünki o, biliklərini artırmış olur.
EPİKÜRBilik

Elə əks biliklər var ki, bir-biri ilə qarşılaşdırılanda çaxmaq daşı kimi qığılcım yaradır və bu qığılcımın işığında tamamilə yeni biliklər görünür.
ƏBU TURXANBilik

İki cür qaranlıq var: artıq yanıb külə dönmüşlərin qaranlığı, bir də hələ heç yanmağa başlamayanların qaranlığı! İkinci qaranlıq əslində potensial işıqdır.
ƏBU TURXANBilik

Anlamadığın şeyə sahib ola bilməzsən.
İOHANN VOLFQANQ GÖTEBilik

Hamı bilir ki, bu şey ola bilməz. Amma bu şeyin ola bilmədiyini bilməyən bir nəfər tapılır və həmin şeyi kəşf edir.
ALBERT EYNŞTEYNBilik

İnsanlar adətən onlara məlum olan şeylərin təbiəti haqqında düşünmürlər. Həddindən artıq orijinal zəka tələb olunur ki, özlüyündə aydın olan şeyi təhlil etməyə başlasın.
UAYTHEDBilik

Şübhə mənə bilik qədər həzz verir.
DANTE ALİGYERİBilik

İki cür mürşid var: öz yolunu mənə təlqin edən və mənim öz yolumu tapmaqda yardımçı olan.
ƏBU TURXANBilik

Bir var əkəndən sonra alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, ümumiyyətlə alaq çıxmaya.
ƏBU TURXANBilik

Yaddaş da anbar kimidir; qoyduğunu sonra tapmaq istəyirsənsə, gərək müəyyən qayda əsasında qoyasan.
ƏBU TURXANBilik

Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır.
TUR XANDERBilik

Şeylərin faktiki necə olduğunu bilənlər təcrübəli, şeylərin əslində necə olmalı olduğunu bilənlər ağıllı, bu dəyişikliyi həyata keçirməyin yollarını bilənlər isə müdrikdirlər.
DENİ DİDROBilik

Cahilliyin üç növü var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, lazım olmayan şeyi bilmək.
1

DÜKLOBilik

Biz çiçək əkirik, amma içərisində alaq otları da bitir. Ən çətini alaqlarsız əkə bilməkdir.
ƏBU TURXANBilik

Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir.
TUR XANDERBilik

Başqasından alınan biliyin ancaq özünü istifadə etmək olar; toxumluğa yaramaz. Cücərə bilməsi üçün biliklər hər dəfə yenidən kəşf olunmalıdır.
ƏBU TURXANBilik

Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir.