ABŞ-da karyera və biznes qurmaq üçün 10 ən uğurlu şəhər

ABŞ-da karyera və biznes qurmaq üçün 10 ən uğurlu şəhər

Əhalisinin sayının 2,4 mln nəfər olmasına rəğmən, Oregon ştatının Portland şəhərində yalnız bir publik kompaniya vardır ki, illik satışlarının həcmi – 3 mlrd dollar təşkil edir. Söhbət mərkəzi bazası Bivertonda yerləşən Nikedən gedir. Amma nəhəng korperasiyaların olmaması heç də yeni universitet və kollec məzunların; Portlanda köçmək fikrindən daşındırmır. Belə ki şəhər həm də yaxşı ekologiyası, gözəl istirahət imkanları və təmiz havası ilə onları cəlb edir.

Təhsilli gənc insanların axını, şəhərdə ev təsərrüfalarının gəlirlərinin 2011-ci illə müqayisədə 4% artmasına səbəb olub, işsizlik səviyyəsi isə 2009-cu ildəki pik- 11,3%-lik göstəricidən  azalaraq, 4%-dən aşağı enib. İqtisadi artım potensialı sayəsində Portland  Forbes jurnalının ABŞ-da karyera və biznes imkanları üçün ən yaxşı şəhərlərinin reytinqində birinciliyə yüksəlib.

Reytinqin tərtibində - məşğulluq səviyyəsində artım, biznes və yaşayış xərcləri, son beş il ərzində əhalinin gəlirlərinin artması, təhsil səviyyəsi və 2019-cu il üçün proqnozlaşıdırlan iqtisadi artımla bağlı 14 göstərici əsas götürülüb. 

1. Portland, Oregon

Əhalisi: 2,4 milyon nəfər

Ümum daxili məhsul:157 milyard dollar

2. Raleigh, Şimali Karolina

Əhalisi: 1,3 milyon nəfər

Ümum daxili məhsul: 72 milyard dollar

3. Seattle, Vaşinqton

Əhalisi: 2,9 milyon nəfər

Ümum daxili məhsul: 266 milyard dollar

4. Denver, Kolorado

Əhalisi: 2,8 milyon nəfər

Ümum daxili məhsul: 184 milyard dollar

5. De Moin, Iowa

Əhalisi: 636.000 nəfər

Ümum daxili məhsul45 milyard dollar

6. Provo, Utah

Əhalisi: 605,400 nəfər

Ümum daxili məhsul 24 milyard dollar

7. Charlotte, Şimali Karolina

Əhalisi: 2,4 milyon nəfər

Ümum daxili məhsul139 milyard dollar

8. Austin, Texas

Əhalisi: 2 milyon nəfər

Ümum daxili məhsul 124 milyard dollar

9. Atlanta, Corciya

Əhalisi: 5.8 milyon nəfər

Ümum daxili məhsul: 335 milyard dollar

10. Dallas, Texas

Əhalisi: 4,8 milyon nəfər

Ümum daxili məhsul: 336 milyard dollar