5 ən möhtəşəm şəhər

5 ən möhtəşəm şəhər

Paris Avropaya gələn turistlərin diqqətini çəkəcək xüsusiyyətlərə sahibdir. Yemək, tarix, incəsənət, mədəniyyət və gözəllik hər tərəfdədir. Parisə səyahət etsəniz Eyfel qülləsi, Luvr muzeyi, Notr-Dam kilsəsini ziyarət etməyi unutmayın. Paris öz şirniyyatları ilə də məşhurdur, Eyfel qülləsi ətrafındakı kafelərdən birində kofe və şokoladlı kruasanı dadıb mənzərənin dadını çıxara bilərsiniz. Şəhərdən 1 saatlıq məsafədə yerləşən Disneyland-a baş çəkməklə özünüzü nağıllar aləmində hiss edəcəksiniz.

 

Florensiya

İtaliyada gəzməli çox yerlər var, amma xüsusilə Florensiyanı nəzərdən qaçırtmaq olmaz. İncəsənət və tarixlə yanaşı italyan mətbəxi də turistlərin sevimlisidir. Florensiya Toskananın xəzinələrini araşdırmaq üçün böyük bir bazadır. Santa Maria kilsəsi, Pitti sarayı, Boboli bağları, San Lorenzo bazilikası görməli olduğunuz yerlərdəndir. Florensiyaya gedib italyan yeməklərini dadmadan dönmək olmaz. Səhərinizi italyan çizkeyki və kappuççinosu ilə açıb, naharda lazanya və spagettinin dadına baxa bilərsiniz.

 

Santorini

Santorini, bir çox turistlərin fikrincə, Avropada ən çox qalmalı yerlərdən biridir. Kalderanın gözəl görünüşü sizin diqqətinizi mütləq çəkəcək. Bu şəhər qayıq səfərləri, möhtəşəm gün batımı, qara vulkanik çimərliklər, həmçinin Aralıq dənizi sahilində yerləşən lüks otellər ilə məşhurdur. Santorini ilə yanaşı Mikonos və Rodos adalarına da gedə bilərsiniz. 

Amsterdam

Avropada ən sevilən şəhərlərdən biri Amsterdamdır. Şəhər mərkəzi piyada gəzənlər və velosiped sürənlər üçün idealdır. Şəhər əyləncəli parklar, restoranlar, böyük muzeylər ilə zəngindir. Muzey həvəskarları Amsterdamda Madam Tusso, Van Voq, Anna Frank muzeylərinə baş çəkə bilərlər.

London

Hər kəs Londonun dünya səviyyəli görməli yerləri və muzeyləri ilə populyar olduğunu bilir. Möhtəşəm Big Ben, Bukinqem sarayı, Trafalqar meydanı, St Paul kilsəsini görməyiniz mütləqdir. Bundan başqa şəhər bazarlar, mağazalar, məhəllələr, kafelər və restoranlarla da təəccübləndirir. Ən məşhur turistik yerlərdən uzaqlaşın və yerli Londonu axtarın. Bundan başqa Londona gedib Hayd Parka da baş çəkməyiniz tövsiyə olunur.